Sarkisyanın məqsədi nədir?| KTMT Ermənistan üçün cəza platformasına çevrilib

2018/03/CISO-drills-prep-Arm-480x30023454_1522146432.jpg
Oxunub: 2182     18:24     27 Mart 2018    
Ötən həftə Serj Sarkisyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının rəis müavini vəzifəsindən azad olunduqdan bir neçə ay sonra Haykaz Bağmanyanı KTMT-nin birləşmiş qərargah rəisinin müavini vəzifəsinə təyin edib. Bağmanyanın təyinatı ilə bağlı məlumatlar rəsmi olaraq təsdiqləndi.

Beləliklə, Bağmanyan Ermənistanın Baş Qərargahından azad olunmuş və Yuri Xaçaturovdan sonra KTMT-yə köçürülən ikinci yüksək vəzifəli zabit oldu. Xaçaturov, əlbəttə ki, KTMT-yə köçürülməzdən öncə Milli Təhlükəsizlik Şurasının katibi təyin olunmağa imkan tapdı.

Buna baxmayaraq, Ermənistan Silahlı Qüvvələrində sadə dillə desək xalq arasında hörməti olmayan iki general KTMT-yə keçdi. Ermənistanın gənc müdafiə naziri Vigen Sarkisyan tərəfindən vəzifəsindən uzaqlaşdırılan Bağmanyanın və ümumən iki qüsurlu erməni generalının KTMT-də təmsil olunması olduqca maraqlıdır. Xatırladım ki, Vigen Sarkisyan Bağmanyanın vəzifələrinin icrasında nöqsanlara yol verdiyi qeyd edərək onu azad etmişdi. Erməni nazir onunla birgə işləməyi qeyri-mümkün olduğunu bildirirdi.

Belə çıxır ki, KTMT nöqsanlara yol verən və ya erməni ordusunda qalmaqallı generallar üçün cəza platformasına çevrilib.

Çünki Yuri Xaçaturov da Ermənistan ordusundan sabiq müdafiə naziri Seyran Ohanyanla qarşıdurmanın son həddində uzaqlaşdırıb. Onların arasında tədricən yetişən qarşıdurma düşmən ordusundakı hazırlıqsızlıq, nöqsanlarla müşayiət olunaraq aprel döyüşlərində özünü biruzə verdi.

Sözügedən generallar cəza “tabor”larına, KTMT-də Ermənistana xidmət göstərməyə gedir, yoxsa yalnız Serj Sarkisyanın maraqlarını qoruyan nümayəndələrə çevriləcəklər? Cavab olaraq qeyd edək ki, onlar Ermənistanın maraqlarını qoruyan olsaydılar, elə Ermənistan ordusunda vəzifə başında olarkən öz vəzifə səlahiyyətlərini qüsursuz icra edər və KTMT-yə də gedib çıxmağa zərurət qalmazdı.

Ümumiyyətlə, Bağmanyanın və Xaçaturovun KTMT-nin fəaliyyət istiqamətində hər hansı dəyişikliyə nail olacaqlarını da gözləmək siyasi cəhətdən adekvat deyil və reallığa cavab vermir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bağmanyan-Xaçaturov   KTMT  


Bizi "telegram"da izləyin